Boliviyada meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan EDİLDİ

 09:42 08.09.2024     145

Boliviya hökuməti meşə yanğınları ilə əlaqədar bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Edmundo Novilio bildirib.

“Beni və Santa-Kruz departamentlərində fövqəladə vəziyyətin elan edildiyini nəzərə alaraq və yanğınlarla bağlı vəziyyəti nəzərə alaraq, milli hökumət bütün ölkə ərazisində fövqəladə vəziyyət elan etmək qərarına gəlib”, - Novilio qeyd edib.