Qazaxıstanda qidadan zəhərlənənlərin sayı 300-ə çatdı - YENİLƏNİB

 19:00 08.09.2024     446

Qazaxıstanın cənub-qərbindəki Manqistau vilayətinin Beşşoki kəndində qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanalara müraciət edənlərin sayı 300-ə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə "lada.kz" regional portalı məlumat yayıb.

Bildirilib ki, hazırda 222 uşaq evdə, 67 uşaq xəstəxanada, 2-si reanimasiyada müalicə alır.

***

14:20

Qazaxıstanın Manqistau vilayətində kütləvi qida zəhərlənməsi nəticəsində 141 nəfər zərər çəkib.

Redaktor.az-ın məlumatına görə, bu barədə yerli KİV Regional Səhiyyə İdarəsinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri qarın ağrısı və bədən istiliyinin yüksəlməsindən şikayət etməyə başlayıblar.

“Hazırda regionda xüsusi qərargah yaradılıb, 82 nəfər ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır İstintaq başlayıb”, - məlumatda deyilir.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.