İsrail HHQ Qəzzada HƏMAS-ın 25 hərbi obyektinə zərbələr ENDİRDİ

 16:43 08.09.2024     171

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında HƏMAS hərəkatının 25 hərbi obyektinə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bununla yanaşı, Qəzza zolağının cənubunda və mərkəzində keçirilən reydlər zamanı bir neçə silahlı zərərsizləşdirilib.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.