Aleksandr Maslyakov vəfat ETDİ

“Şən və hazırcavablar klubu” televiziya verilişinin aparıcısı Aleksandr Maslyakov vəfat edib.
Redaktor.az xəbər verir ki, 82 yaşlı aparıcı xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Aleksandr Maslyakov 24 noyabr 1941-ci ildə Yekaterinburqda (bundan öncə Sverdlovsk) anadan olub. O, Rusiyanın əməkdar incəsənət xadimi, Çeçenistan Respublikasının xalq artisti olub.