NYT: Tramp və Harrisin seçici dəstəyi demək olar ki, eyni səviyyədədir
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun demokrat rəqibi Kamala Harris demək olar ki, eyni səviyyədə seçici dəstəyinə malikdir.
Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin və “Siena” Kolleci Tədqiqat İnstitutunun sentyabrın 10-da debatdan əvvəl açıqladığı sorğuda göstərilib.
Araşdırmaya görə, Trampı respondentlərin 48%-i, respondentlərin 47%-i isə Harrisi dəstəkləyir. Eyni zamanda Harris vacib 7 ştatının üçündə Trampı qabaqlayır. Bu ştatlar noyabrda keçiriləcək prezidentlik yarışının nəticəsinə mühüm təsir edəcək.
Harris Viskonsin (49% - 47%), Miçiqan (48% - 46%) və Pensilvaniyada (49% - 48%) liderdir. Namizədlər Arizona, Corciya, Nevada və Şimali Karolina ştatlarında da oxşar səviyyədə dəstək alıblar. Sorğu sentyabrın 3-dən 6-dək 1695 amerikalı arasında aparılıb.