Rusiya PUA-sı Latviya ərazisinə DÜŞDÜ

 21:30 08.09.2024     140

Sentyabrın 7-də Rusiyanın pilotsuz uçuş aparatı Latviyanın şərqinə düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Latviya prezidenti Edqars Rinkeviçs “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Dünən Rusiyanın hərbi pilotsuz uçuş aparatı Latviyanın şərqində qəzaya uğrayıb”, - o bildirib.

Onun sözlərinə görə, ölkənin orqanları hadisə ilə bağlı araşdırma aparır.