Gürcüstan Qərbin dayandırdığı layihələri büdcədən kompensasiya etmək istəyir

 23:43 08.09.2024     180

“Gürcüstan hakimiyyəti Qərbin dayandırdığı layihələri büdcədən asanlıqla kompensasiya edə bilər”.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Son 4 ildə büdcəmiz 10 milyard lari (3,71 milyard ABŞ dolları) artıb. Büdcəmizlə müqayisədə onların layihələri dənizdə bir damladır. Məsələn, Avropa Birliyi ildə kənd təsərrüfatına 5 milyon avroya yaxın sərmayə qoyur , Gürcüstan hökuməti isə 330 milyon lari (110 milyon avro)”, - İrakli Kobaxidze jurnalistlərə bildirib.