İslamabad polisi mitinq iştirakçılarına qarşı terror aktının qarşısını ALDI
İslamabad polisi Ədalət Hərəkatı partiyasına və onun qurucusu İmran Xana dəstək üçün keçirilən kütləvi nümayişin iştirakçılarını hədəfə ala biləcək terror aktının qarşısını alıb.
Redaktor.az xəbər verir ki, bu barədə Geo-TV kanalı məlumat yayıb.
Bildirilib ki, günün birinci yarısında polis İslamabadın mərkəzi hissəsindən 30 km qərbdə yerləşən Sanqcani rayonunda Ədalət Uğrunda Hərəkat Partiyasının fəallarının və tərəfdarlarının toplaşdığı yerin yaxınlığında şübhəli çanta aşkarlayıb. Hadisə yerinə dərhal istehkamçılar qrupu göndərilib. Çantaya baxış zamanı əl qumbarası, detonator, elektrik naqilləri və digər partlayıcı maddələr götürülüb.
Tədbirin təhlükəsizliyini təmin etmək üçün tədbirin keçirildiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarından və hərbiləşdirilmiş qüvvələrdən ibarət böyük kontingent yerləşdirilib. Mobil şəbəkələrin fəaliyyəti də müvəqqəti olaraq məhdudlaşdırılıb.
Turan İSMAYIL