Bayden bu səbəbdən ittiham OLUNDU
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində respublikaçılar prezident Co Baydeni ABŞ qoşunlarının Əfqanıstandan “xaotik” çıxarılmasına görə tənqid ediblər.
Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" Respublikaçıların hesabatına istinadən yazır.
Sənəddə bildirilib ki, Bayden və onun administrasiyasının Əfqanıstanla bağlı qərarları faciəvi nəticələrə gətirib çıxarıb.
Baydenin hərəkətlərinin nəticələri ilə bağlı hesabatda deyilib ki, daxili təhlükəsizliyimizə təhdid artıb və xaricdəki reputasiyamız zədələnib.
Respublikaçılar açıq şəkildə Amerikanın Əfqanıstandakı hərbi mövcudluğunun sona çatmasını “strateji uğursuzluq” adlandırıblar.
Sevinc İBRAHİMZADƏ