Vyetnamda super tayfun: 21 nəfər öldü
Vyetnamda baş verən "Yagi" tayfunu 21 nəfərin ölümünə səbəb olub.
Redaktor.az xəbər verir ki, bu qasırğa son 10 ildə ən güclü təbiət hadisəsi sayılır.
Ölkədə saatda 149 km-i keçən küləklərə səbəb olan “Yagi” tayfunu nəticəsində yaralıların sayı 229-a yüksəlib. Nəticədə təxminən 3300 evə və 120 min hektardan çox kənd təsərrüfatı sahəsinə ziyan dəyib.
Vyetnam Meteorologiya Təşkilatı tayfunun qərbə doğru irəlilədiyini, daşqın və sürüşmə riskinin davam etdiyi barədə xəbərdarlıq edib.
Türkan İSGƏNDƏRLİ