Rusiyadakı seçkilərdə Bakı vətəndaşı qalib GƏLDİ

 10:28 09.09.2024     121

Sankt-Peterburq qubernatorluğu seçkilərində yenidən Bakı vətəndaşı qalib gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Protokolların 70,57%-nin işlənməsinin nəticələrinə görə,  Sankt-Peterburqun hazırkı qubernatoru Aleksandr Beqlov 59,88% səs toplayır.

Digər namizədlər arasında Rusiya Liberal Demokrat Partiyasından Maksim Yakovlev 19,05 faiz, Yaşıllar Partiyasından Pavel Braqin 11,1 faiz, Rusiya kommunistlərindən Sergey Malinkoviç isə 7,75 faiz səs toplayıb.

Qeyd edək ki, Sankt-Peterburq qubernatoru seçkilərində səsvermə sentyabrın 6-dan 8-dək keçirilib.

Sevinc İBRAHİMZADƏ