Lukaşenko Kim Çen Inı təbrik ETDİ
Belarus Prezidenti Aleksandr Lukaşenko Koreya Xalq Demokratik Respublikasının (KXDR) dövlət məsələləri üzrə sədri Kim Çen Inı milli bayram - KXDR-in yaranması günü münasibətilə təbrik edib.
Redaktor.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Lukaşenko KXDR xalqına tərəqqi, sabitlik və firavanlıq arzulayıb, ölkələr arasında bütün səviyyələrdə dialoqun əhəmiyyətli dərəcədə intensivləşdiyini qeyd edib.
"Mən əminəm ki, Minsk və Pxenyan tezliklə kənd təsərrüfatı, tibb və əczaçılıq, təhsil kimi sektorlarda praktiki əməkdaşlığın qurulmasında əhəmiyyətli irəliləyiş əldə edəcəklər. Eyni zamanda Belarus və KXDR arasında bütün səviyyələrdə dialoq əhəmiyyətli dərəcədə intensivləşəcək", - Belarus prezidenti vurğulayıb.
Türkan İSGƏNDƏRLİ