“YouTube"dan video izləyərək əməliyyat etdi, uşağın ölümünə SƏBƏB OLDU
Hindistanın Bihar əyalətində həkim öd kisəsini əməliyyat etdiyi 15 yaşlı gəncin ölümünə səbəb olub.
Redaktor.az NDTV-ə istinadən xəbər verir ki, əməliyyatdan sonra dünyasını dəyişən uşağın ailəsi hadisə ilə bağlı açıqlama verib.
Ailəsi qusma və qarın ağrısı əlamətləri ilə xəstəxanaya yerləşdirilən uşağın həkim tərəfindən “YouTube" videosunun köməyi ilə əməliyyat olunduğunu iddia edib.
Əməliyyat zamanı ürəyi dayanan uşağın təcili yardımla başqa xəstəxanaya aparılarkən dünyasını dəyişdiyini bildirilib. Ailənin sözlərinə görə, həkim uşaqlarını xəstəxanada qoyaraq qaçıb.
Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.
Sevinc İBRAHİMZADƏ