Rusiyanın uşaq ombudsmanı iş adamı ilə gizlin evləndi

 16:10 09.09.2024     173

Sentyabrın 8-də Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belova və iş adamı, “Tsarqrad” telekanalının təsisçisi Konstantin Malofeyevin toyu olub.

Redaktor.az xəbər verir ki, prodüser Cozef Priqojin news.ru-ya bildirib ki, toyda Valeriya, Qriqori Leps, Leonid Aqutin, Dima Bilan və s. iştirak edib. Priqojin toyun ciddi məxfi şəraitdə keçdiyini təsdiqləyib.

“Əvvəlcə, hətta foto və video çəkmək də qadağan idi, biz ora ümumiyyətlə telefonsuz gəldik və heç bir həmkarımızla görüşmədik”, - deyə məşhur prodüser bildirib.

Qeyd edək ki, Malofeyev və Lvova-Belovanın münasibəti ilə bağlı şayiələr 2024-cü ilin əvvəlində, Yekaterinburqdakı kortejdə bir araya gələndə ortaya çıxıb.

Bu, uşaq ombudsmanının ikinci evliliyidir. 39 yaşlı Lvova-Belova daha əvvəl keşiş Pavel Kogelmanla evlənib. Cütlüyün doqquz övladı var: beşi təbii, dördü isə övladlığa götürülüb.

Malofeev isə uzun müddət üç övladı olan vəkil İrina Vilterlə evli olub. O, 2023-cü ildə həyat yoldaşından boşanmaq üçün ərizə verib.

Turan İSMAYIL