Fars körfəzi ölkələri Rusiya ilə əməkdaşlığı gücləndirir

 17:31 09.09.2024     190

Fars körfəzi ölkələri Rusiya ilə əməkdaşlığı gücləndirməyi vacib hesab edir.

Redaktor.az xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Casim Məhəmməd əl-Budayvi deyib.

“Bütün körfəz ölkələri bizi bağlayan mühüm tarixi və strateji münasibətlər fonunda Rusiya ilə əməkdaşlığı gücləndirməyi birinci dərəcəli vəzifə hesab edir”, - deyə Əl-Budayvi Strateji Konfrans çərçivəsində keçirilən görüşün açılışında bildirib. 

Bu kontekstdə baş katib ötən ilin iyulunda Moskvada keçirilmiş əvvəlki belə görüşdə qəbul edilmiş birgə fəaliyyət planı üzərində işi aktivləşdirməyə çağırıb.

Türkan İSGƏNDƏRLİ