İsveç Ukraynaya 17-ci hərbi yardım paketini ayıracaq

Stokholm Ukraynaya 17-ci hərbi yardım paketi ayıracaq.
Redaktor.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Conson bildirib.
Consonun sözlərinə görə, paketin həcmi 4,6 milyard kron - hazırkı məzənnə ilə təxminən 443,5 milyon dollar təşkil edəcək. Buraya hərbi texnika üçün sursat və kamuflyaj, PUA-lar üçün təchizat, hərbi geyim, qoruyucu maskalar, Robot 70 insan daşına bilən hava hücumundan müdafiə sistemləri, altı Stridsb t 90 amfibiya hücum kateri və təxminən 67,48 milyon dollar maliyyə yardımı daxildir.
Eyni zamanda Conson əlavə edib ki, bütün paket Ukraynanın tələbi ilə tərtib edilib .
Türkan İSGƏNDƏRLİ