İsveçrə İtaliya ilə hərbi təlimlər KEÇİRƏCƏK

 20:49 09.09.2024     155

Neytral statusa malik İsveçrə və NATO üzvü olan İtaliya 9-20 sentyabr tarixlərində ilk dəfə birgə hərbi hava qüvvələri təlimləri keçirəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

“2024-cü il sentyabrın 9-dan 20-dək İsveçrə və İtaliya Hərbi Hava Qüvvələri İstranada (İtaliya) birgə təlim keçirəcək. İlk dəfə təşkil olunan bu təlim İsveçrə və İtaliyanın imkanlarını müqayisə etməyə imkan verəcək, onları inkişaf etdirəcək və qarşılıqlı fəaliyyət qabiliyyətini artıracaq. SIFEX adı verilən təlimdə İsveçrə “F/A-18” döyüş təyyarələrindən, İtaliya Hərbi Hava Qüvvələri isə “Eurofighter” və “F-35” qırıcılarından istifadə edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, İsveçrə ordusu İtaliyaya ümumilikdə 50 hərbi qulluqçu göndərəcək. Təlimlər 2004-cü ildə İsveçrə və İtaliya arasında hərbi təlim sahəsində əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında imzalanmış saziş əsasında keçirilir.