İsrail qaçqın düşərgəsini vurdu: Ölənlər var

İsrail qüvvələri Qəzzada dinc sakinləri yenidən hədəfə alıb. Qaçqınlar Düşərgəsinə edilən hücumda 6 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, İsrail qüvvələrinin bölgənin şimalındakı Cibaliye Qaçqınlar Düşərgəsində Əl-Hənavi ailəsinin evinə təşkil etdiyi hava hücumunda biri körpə olmaqla 6 fələstinli həyatını itirib. Hücum zamanı yaralanan çox sayda fələstinli Kamal Advan xəstəxanasına müalicə üçün göndərilib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına davam edən hücumlarında 40 min 988 mülki vətəndaş həyatını itirib, 94 min 825 mülki şəxs isə yaralanıb.
Seymur BƏNNAYEV