ABŞ-nin dövlət borcu müdafiə büdcəsini keçdi

 11:00 10.09.2024     128

Milli borc üzrə faiz ödənişləri artıq ABŞ-nin müdafiə büdcəsini üstələyib.

Redaktor.az xəbər verir ki, bu barədə İlon Mask bildirib.

"Amerika sürətlə iflas edir və milli borc üzrə faiz ödənişləri müdafiə büdcəsini keçib. Pentaqonun büdcəsi ildə 1 trilyon dollar təşkil edir. Əgər Tramp qalib gələrsə, hökumətin ölçüsünün ixtisar edilməsi imkanı yaranacaq",- o qeyd edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 

Türkan İSGƏNDƏRLİ