Qasırğa nəticəsində ölənlərin sayı 65-ə yüksəldi
Vyetnamın şimalını təsir altına alan "Yaqi" qasırğasının yaratdığı fəlakət və qəzalarda ölənlərin sayı 65-ə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə VN Express Fəlakətin Qarşısının Alınması və Nəzarət Agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, itkin düşən 40 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Açıqlamaya görə, şimalda bir çox çaylar daşqın səviyyəsinə yaxınlaşır və təbii fəlakət nəticəsində 48 mindən çox evə ziyan dəyib. Minlərlə hektar kənd təsərrüfatı sahəsi suyun altında qalıb.
Sevinc İBRAHİMZADƏ