Türkiyə Qəzzanın bərpasında iştirak edəcək

Türkiyə Qəzzanın bərpasında iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankarada Ərəb Dövlətləri Liqasının toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə Qəzzanın yenidənqurulması üçün lazımi işləri görəcək.
Nazir bunun üçün müharibənin bitməsini gözlədiklərini diqqətə çatdırıb.