Bu ölkədə fərdi mobillik cihazlarına üstünlük veriləcək

 13:28 10.09.2024     143

Belarusda elektrik skuterləri və digər fərdi hərəkətlilik vasitələrini nəqliyyat vasitələri ilə eyniləşdirmək təklif olunub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyinin Dövlət Yol Müfəttişliyinin Baş İdarəsinin rəisi Viktor Rotçenkovun bildirib.

Onun sözlərinə görə, belə nəqliyyat vasitələri ilə hərəkət edən insanlar hərəkətverici qüvvə sayılacaq və belə bir qərarın verilməsi zərurəti yol-nəqliyyat hadisələri hallarının 70 faiz artması ilə bağlı məlumatlardan irəli gəlir. Qeyd edildiyi kimi, belə nəqliyyat vasitələrinə skuterlər, hoverbordlar, seqveylər, tək təkərli velosipedlər və sair daxildir.

Sevinc İBRAHİMZADƏ