Qərb ölkələri Rusiya ilə əlaqələri kəsməyəcək

 16:40 10.09.2024     166

Qərb ölkələri Rusiya Federasiyası ilə əlaqələrin tənqid olunmasına baxmayaraq, Rusiya şirkətləri ilə əməkdaşlığı davam etdirir.

Redaktor.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Ermənistanda səfəri zamanı deyib.

“Biz indi Macarıstanda Rusiyanın əməkdaşlığı ilə "Paks 2" atom elektrik stansiyası tikilir. Fransa, Amerika, Avstriya və İsveçrə subpodratçılarıdır. Bu göstərir ki, Şərqlə Qərb arasında transregional əməkdaşlığı gücləndirməyə yönəlmiş siyasi təşəbbüslər, müharibələri təhrik etmək əvəzinə, dayandırmaqda uğurlu ola bilər”, - deyə diplomatik idarənin rəhbəri bildirib.

Türkan İSGƏNDƏRLİ