İsrail Livanda yaşayış binasına hücum ETDİ

 16:53 10.09.2024     142

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Nəbatiyyə şəhərinin kənarına enərək yaşayış binalarından birini raketlərlə vurub.

Redaktor.az xəbər verir ki, Respublika Səhiyyə Nazirliyi yanında fövqəladə hallar komitəsinin hesabatında bildirilir ki, hücum nəticəsində 6 nəfər xəsarət alıb, itki yoxdur.

Hadisə şahidlərinin sözlərinə görə, binaya 3 raket atılıb, üst iki mərtəbədə yanğın baş verib, yanğın mülki müdafiə xidmətinin xilasediciləri tərəfindən lokallaşdırılıb.

Türkan İSGƏNDƏRLİ