Ukrayna xalqı Rusiya ilə sülhə RAZIDIR

 17:04 10.09.2024     160

Ukrayna vətəndaşları silahlı münaqişəyə son qoymaq üçün Rusiya ilə danışıqlar aparmaq fikrinə isti baxırlar.

Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Qəzetə müsahibə verən ukraynalı komandirlərdən biri deyib ki, silahlı münaqişədən yorğunluq həm Ukrayna cəmiyyətində, həm də Qərb ölkələrində nəzərə çarpır. Ukraynada keçirilən rəy sorğuları Moskva ilə danışıqları dəstəkləməyə tədricən keçidin olduğunu göstərir. Bir çox insan, xüsusən də gənclər, hərbi əməliyyatları dayandırmaq üçün əlverişsiz müqaviləni qəbul etməyə hazırdırlar.

Türkan İSGƏNDƏRLİ