Kurskda raket təhlükəsi elan edildi
Rusiyanın Kursk vilayətində raket təhlükəsi elan edilib.
Redaktor.az xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov öz Telegram kanalında məlumat yayıb.
“Kursk bölgəsində yaşayanlar, raket təhlükəsi var. Evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığının. Dəhlizdə, vanna otağında gözləyin. Küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”, elanda yazılıb.
Qeyd edək ki, bu, sutka ərzində beşinci raket təhlükəsi elanıdır.
Türkan İSGƏNDƏRLİ