Ermənistanda zavodda partlayış baş VERDİ

Ermənistanda Razdan İstilik Elektrik Stansiyasının ərazisindəki tökmə zavodunda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, daha 5-i yaralanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Partlayış fəaliyyət göstərməyən tökmə zavodunda baş verib.
Hadisənin səbəbləri barədə məlumat verilmir.