Təxminən 2 milyon insanı deportasiya edəcəyik - İran

İran Polis Qüvvələrinin baş komandanı briqada generalı Əhməd Rza Radan 2025-ci ilin mart ayına qədər ölkədəki təxminən 2 milyon qeyri-qanuni immiqrantı deportasiya etməyi planlaşdırdıqlarını bildirib.
Redaktor.az xəbər verir ki, İran Polis Qüvvələrinin baş komandanı briqada generalı Əhməd Rza Radan dövlət televiziyasına bağlı Gənc Jurnalistlər Klubuna (YJC) ölkədəki qeyri-qanuni mühacir problemi ilə bağlı açıqlama verib.
Ölkədəki qeyri-qanuni mühacir probleminə qarşı Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumlarla birlikdə tədbirlər görməyə çalışdıqlarını ifadə edən Radan, ölkədə qeyri-qanuni məskunlaşan xeyli sayda xarici vətəndaşı bu ilin sonuna qədər (İran təqvimi ilə 2025-ci ilin martı) deportasiya edəcəklırimi deyib.
Ölkədəki qeyri-qanuni mühacirlərin dəqiq sayının müəyyən edildiyini və bunun Daxili İşlər Nazirliyi tərəfindən açıqlanması lazım olduğunu bildirib.
Seymur BƏNNAYEV