İran digər ölkələrə silah tədarükünü inkar edir

 21:58 10.09.2024     166

ABŞ-nin İranın digər ölkələrə silah verməsi ilə bağlı iddiaları yalandır.

Redaktor.az xəbər verir ki, bunu "X" sosial şəbəkəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani deyib.

“İranın müəyyən ölkələrə silah göndərməsi ilə bağlı yalan və çaşdırıcı xəbərlərin yayılması sadəcə olaraq iyrənc təbliğatdır və ABŞ və bəzi digər Qərb ölkələrinin İsrailin Qəzza zolağında davam edən fələstinlilərin soyqırımına göstərdiyi qeyri-qanuni hərbi dəstəyin miqyasını gizlətmək üçün yalandır", - o bəyan edib.

Xatırladaq ki, bundan əvvəl Vaşinqton administrasiyası İrana qarşı sanksiyalar tətbiq edib.

Turan İSMAYIL