ABŞ-də 2 sərnişin təyyarəsi toqquşdu: İstintaq BAŞLADI

 22:42 10.09.2024     150

ABŞ-də “Delta Airlines” və “Endeavour Air” şirkətlərinə məxsus sərnişin təyyarələri Corciya ştatının Atlanta şəhərindəki hava limanında uçuş-enmə zolağında toqquşub.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, təyyarələrdən biri Yaponiyanın paytaxtı Tokioya, digəri isə Luiziana ştatına uçmağa hazırlaşırmış.  

Qəza ilə bağlı paylaşılan videoda Bombardier tipli təyyarənin toqquşma nəticəsində bütün quyruq hissəsinin yararsız vəziyyətə düşdüyü deyilir.  

Tokioya uçmağa hazırlaşan Delta təyyarəsində 221, Luiziana ştatına uçmağa hazırlanan Bombardier CRJ900 tipli Endeavour təyyarəsində isə 56 sərnişinin olduğu açıqlanıb.

Rəsmilər toqquşma nəticəsində xəsarət alanın olmadığını və hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.

Vasif