İsrail girovların müqabilində HƏMAS liderinin həyatına zəmanət verdi

 23:14 10.09.2024     203

İsrail girovların geri qaytarılması və HƏMAS-ın Fələstin anklavına nəzarətdən əl çəkməsi müqabilində radikal HƏMAS hərəkatının lideri Yəhya Sinvara Qəzza zolağından təhlükəsiz çıxış təklif edib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin oğurlanmış və itkin düşmüş şəxslərin işi üzrə koordinatoru Qal Hirş "Bloomberg"ə müsahibəsində bildirib.

"Sinvar, ailəsi və ona qoşulmaq istəyən hər kəs üçün təhlükəsiz çıxış təmin etməyə hazıram. Girovların geri qaytarılmasını istəyirik. Demilitarizasiya və deradikalizasiyanı istəyirik", - deyən Hirş, Qəzzada "yeni idarəetmə sisteminə" ehtiyac olduğunu bildirib.

İsrail koordinatoru bu təklif barədə gün yarım əvvəl danışdığını, lakin eyni zamanda ona hansı cavabın alındığını deməkdən imtina etdiyini bildirib. "Paralel olaraq mən B, C və D planları üzərində işləyirəm, çünki girovların evə qaytarılması lazımdır", - Hirş yekunlaşdırıb.

Turan İSMAYIL