Trampı məhkəməyə VERDİLƏR

 23:16 10.09.2024     148

Amerikanın məşhur “The White Stripes” rok qrupunun keçmiş üzvləri Cek və Meq Uayt “Seven Nation Army” mahnısının müəllif hüquqlarını pozduğuna görə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı məhkəməyə veriblər.

Redaktor.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Musiqiçilər Trampı və onun kampaniyasını mahnını mənimsəməkdə və müəllif hüquqlarını pozmaqda ittiham edərək Nyu York federal məhkəməsində iddia qaldırıblar.

Şikayətdə bildirilir ki, rokçular Trampın hazırkı seçki kampaniyasını pisləyib, qrupun mahnısının onların xəbəri və razılığı olmadan istifadə edildiyini qeyd ediblər.