Aİ və Çin arasında elektromobillərə vergi tətbiq edilməsi yenidən gündəmə gəldi

 10:07 11.09.2024     258

Avropa İttifaqı Çinin elektromobillərinə vergi tətbiq etmək planlarına yenidən baxmalıdır.

Redaktor.az  “Bloomberg”ə istinadən xəbər verir ki, bunu İspaniyanın baş naziri Pedro Sançes deyib.

Siyasətçinin fikrincə, assosiasiyanın Pekinlə ticarət müharibəsinə ehtiyacı yoxdur, ona görə də ona tədarük edilən avadanlıqların 36 faizlik gömrük rüsumu ilə bağlı mövqeyi dəyişdirilməlidir. O, bu çağırışı Çinə dörd günlük səfərindən və Si Cinpinlə görüşdən sonra edib.

“Bizə başqa müharibə - ticarət müharibəsi lazım deyil. Düşünürəm ki, biz Avropa İttifaqı ilə Çin arasında körpülər qurmalıyıq. Həmçinin İspaniya tərəfində konstruktiv olmaqla həll yolu tapmağa və Çin ilə Avropa Komissiyası arasında uzlaşmağa yaratmağa çalışacağıq", - Sançes bildirib.

Qeyd edək ki, Avropa Birliyi ucuz elektriklə işləyən avtomobillərin tədarükünə görə Çinlə ticarət müharibəsinə hazırlaşmağa başlayıb. Brüssel, Çin şirkətlərinin dövlət subsidiyalarından haqsız olaraq faydalandıqlarını və Avropanı həddindən artıq istehsalla doldurduğunu əsas gətirərək avtomobillərə tarifləri artırmaq qərarına gəlib. Nəticədə tariflər 17,4-37,6 faiz arasında artıb.

Sevinc İBRAHİMZADƏ