3 tondan çox qızılı yumağa çalışan dəstə üzvləri SAXLANILDI

 11:32 11.09.2024     307

Braziliya polisi Amazon meşələrindən qeyri-qanuni yolla çıxardıqları 3,1 tondan çox qızılı yumağa çalışan dəstə üzvlərinə basqın edib və çoxlu sayda insanı saxlayıb.

Redaktor.az xəbər verir ki,  federal məhkəmənin aldığı icazə çərçivəsində 33 yerdə reyd keçirilib və 13 nəfər haqqında həbs qərarı çıxarılıb.

Açıqlamada basqınların Amzons, Roraima və Mato Grosso, eləcə də Para əyaləti kimi bir çox bölgədə həyata keçirildiyi və təxminən 3,1 ton qeyri-qanuni hasil edilmiş qızılın yuyulmasından əldə edilən yüz milyonlarla dollar dəyərində aktivin məhv edildiyi bildirilib.

Həmçinin basqınlar zamanı bir çoxu sənədsiz olan begemot, zürafə, camış, oriks və şir baş kolleksiyaları da müsadirə edilib.

Sevinc İBRAHİMZADƏ