"Amazon" bu ölkəyə milyardlıq sərmayə qoyacaq

 11:50 11.09.2024     234

"Amazon" Böyük Britaniyaya 8 milyard funt sterlinq sərmayə qoyacaq.

Redaktor.az xəbər verir ki, Britaniyanın maliyyə naziri Reyçl Rivz keçən həftə şirkətlə 5 illik investisiya planı ilə bağlı bir araya gəlib.

İngiltərədə "Amazon Web Services" tərəfindən planlaşdırılan 8 milyard funt sterlinqlik investisiyanın ölkədə 14 min insan üçün məşğulluq yaratması gözlənildiyi halda, 2024-2028-ci illərdə ölkə iqtisadiyyatına 14 milyard funt sterlinq qatqı təmin edəcəyi təxmin edilir.

Rivz ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərin ölçüsündən xəbərdar olduğunu ifadə edib:

"Dəyişiklik bir anda baş verməyəcək. İlin dörddə birində baş verən iqtisadi artım 14 illik durğunluğu kompensasiya etməyəcək. Ancaq bu artım 8 milyard sterlinqlik sərmayənin iqtisadi canlanmanın başlanğıcı olduğu və  İngiltərənin iş görüləcək bir yer olduğunu göstərir".

"Amazon Web Services"in vitse-prezidenti və Avropa, Yaxın Şərq və Afrika üzrə idarəedici direktoru Tanuya Randeri bildirib ki, qarşıdakı bir neçə il Böyük Britaniyanın rəqəmsal və iqtisadi gələcəyi üçün çox vacibdir.

Sevinc İBRAHİMZADƏ

Vumart və Güvən reklamı Vumart Güvən