Harris dövləti idarə edə bilməz - Mask
Demokratlardan prezidentliyə namizəd Kamala Harris rəqibi Donald Trampla debatda gözləntiləri üstələyib. Ancaq Tramp prezident kimi daha yaxşı iş görəcək.
Redaktor.az xəbər verir ki, bu barədə iş adamı İlon Mask X sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Kamala Harris bu gecə əksər insanların gözləntilərini keçdi. Bununla belə, söhbət təkcə gözəl səslənən sözlərdən deyil, real fəaliyyətdən gedirsə, mən qəti şəkildə inanıram ki, Tramp daha yaxşı iş görəcək.
Dövlət başçısı Co Bayden indi nadir hallarda işdə görünür. Buna görə də vitse-prezident Kamala Harris hər şeyə cavabdehdir, lakin nədənsə o hələ bir iş görməyib", - Mask bildirib.
Türkan İSGƏNDƏRLİ