Makronun həyat yoldaşı "Netflix"in məşhur serialında rol alacaq

 12:50 11.09.2024     205

Fransanın birinci xanımı Brijit Makron "Netflix"in məşhur serialı olan "Emily in Paris"-də rol alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Fransada serialla bağlı tənqidlərə baxmayaraq, prezident Emmanuel Makron serialın dördüncü mövsümündə özü kimi görünəcək. Qeyd edilib ki, o, serialın yaradıcılarından heç bir xüsusi göstəriş almadan öz paltarını geyinəcək. Premyera sentyabrın 12-nə planlaşdırılır.

Sevinc İBRAHİMZADƏ