Türkiyə Rusiya Krımını tanımır - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünü şərtsiz dəstəklədiyini və Rusiyanın Krımını tanımadığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğan Krıma həsr olunmuş Ukrayna sammitinə videomüraciət göndərib. O, müraciətində Krım-tatar türklərinin təhlükəsizliyinin və rifahının təmin edilməsini Türkiyənin xarici siyasətinin prioritetlərindən biri adlandırıb.
Ərdoğan həmçinin bildirib ki, Ukraynanın Krımla bağlı tələbləri beynəlxalq hüquqa uyğundur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın ərazi bütövlüyünü şərtsiz dəstəklədiyini və Rusiyanın Krımını tanımadığını bildirib.
O, həmçinin bildirib ki, Ukraynanın Krımla bağlı tələbləri beynəlxalq hüquqa uyğundur. Türkiyə Ukrayna böhranının Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan ədalətli və davamlı sülhlə başa çatmasını səmimiyyətlə arzulayır.
Türkan İSGƏNDƏRLİ