Sisian hava limanı yenidən bərpa ediləcək

 17:12 11.09.2024     203

Ermənistan hakimiyyəti Sisian hava limanını yenidən işə salacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" Regional Administrasiya və İnfrastruktur Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Hökumət Qafan hava limanına alternativ olaraq iki variantdan birini - Sisian və Gorusu seçməli idi və seçim hava şəraiti nəzərə alınaraq edilib. Nəticədə Sisiandakı alternativ hava uçuşlar üçün daha uyğun hesab edilib.

Qeyd edək ki,  sentyabrın 2-də Paşinyan helikopterlə Sisian hava limanına uçub və uçuların həyata keçirilə  biləcəyini bildirib.

Sevinc İBRAHİMZADƏ