Kurskda gün ərzində 8-ci dəfə raket təhlükəsi elan edildi

 17:23 11.09.2024     169

Rusiyanın Kursk vilayətində raket təhlükəsi elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə vilayət qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov öz Telegram kanalında məlumat yayıb.

“Evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığınmaq lazımdır: dəhlizdə, vanna otağında, küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin”,- elanda yazılır.

Qeyd edək ki, bu, sutka ərzində səkkizinci raket təhlükəsi elanıdır.

Türkan İSGƏNDƏRLİ