Moldovanın xarici borcu iki dəfə artıb

 17:35 11.09.2024     182

Son dörd il ərzində Moldovanın xarici borcu iki dəfə artıb.

Redaktor.az xəbər verir ki, bunu respublikanın keçmiş baş naziri Vasili Tarlev deyib.

“İxrac göstəriciləri kəskin şəkildə aşağı düşür, əksər müəssisələr durğunluq içindədir və ya müflisləşir, Moldovalılar isə son 4 ildə yoxsullaşır. Biz milli iqtisadiyyatın ildə ən azı 8-10% artımını necə təmin edəcəyimizi bilirik və biz bunu artıq nümayiş etdirmişik ki, strateji müəssisələrdə istehsalı bərpa etmək, müəssisələrin fəaliyyətini subsidiyalaşdırmaq lazımdır ki, onlar rentabelliyə qayıtsınlar. Fermerləri böhrandan çıxarmaq lazımdır. İnvestorlar, iş adamları, işəgötürənlər və işçilər vətənimizdə - Moldovada bizneslə məşğul olmağa imkan verəcək sabit iqtisadi vəziyyətə arxayın olmalıdırlar”, - o qeyd edib. 

Türkan İSGƏNDƏRLİ