Qəzzada 82% uşaq peyvənd olundu

 17:49 11.09.2024     121

Qəzzada uşaqların 82 faizi poliomielit əleyhinə peyvənd olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ilk doza qəbul edilən uşaqların sayının 527 min 776-ya çatıb, bunun 49 faizini qız, 51 faizini isə oğlanlar təşkil edir.

Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyi avqustun 6-da Qəzza zolağında ilk poliomielit hadisəsinin aşkar edildiyini açıqlayıb.

Türkan İSGƏNDƏRLİ