"Ukraynada münaqişənin sülh yolu ilə bitəcəyinə ümid edirəm" - Ərdoğan

 18:12 11.09.2024     137

"Ukraynadakı münaqişənin sülh yolu ilə və onun ərazi bütövlüyü çərçivəsində həllinə ümid edirəm".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım platforması sammitinin iştirakçılarına videomüraciətində bildirib.

Ərdoğan, həmçinin Ankaranın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyini davam etdirdiyini bildirib:

“Biz ümid edirik ki, müharibə Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə əsaslanan ədalətli və davamlı sülhlə başa çatacaq. Krımın Ukraynaya qaytarılması beynəlxalq hüququn tələbidir”.