Vyetnam Çindən kömək İSTƏDİ

 19:04 11.09.2024     148

Yagi qasırğasından sonra baş verən daşqınlar səbəbilə Vyetnam Çindən iki ölkənin sərhədləri daxilində axan Qırmızı çayda bəndlərdə suyun  saxlayaraq suyun səviyyəsini azaltmağa kömək etməsini istəyib.

Redaktor.az xəbər verir ki, Vyetnam Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Çinin Hanoydakı səfirliyinə göndərilən məktubda Qırmızı çayın Çin sərhədləri daxilində olan hissəsində axının nəzarətə götürülməsi istənilib.

Vyetnam daşqınların idarə olunması ilə bağlı iki ölkə arasında koordinasiyanın təmin edilməsi və Çin sərhədindəki bəndlərdən nə vaxt və nə qədər suyun buraxılacağı ilə bağlı məlumatların paylaşılması tələbini Çin rəsmilərinə çatdırıb.

Seymur BƏNNAYEV