Sudan xalqının ən çox ehtiyac duyduğu dərman sülhdür - ÜST

 19:06 11.09.2024     146

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus, 16 aydan çoxdur vətəndaş müharibəsinin davam etdiyi Sudanda insanların ən çox ehtiyac duyduğu dərmanın "sülh" olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, Qebreyesus "X" sosial media platformasında ÜST-nin Sudana səhiyyə dəstəyi ilə bağlı məlumat paylaşıb.

Bu yaxınlarda Sudana səfər etdiyini xatırladan Qebreyesus, vəba, travma və yaralanmalardan əziyyət çəkən 184 mindən çox xəstəyə xidmət göstərmək üçün ölkəyə əlavə tibbi ləvazimat çatdırdıqlarını bildirib.

Qebreyesus deyib: "Biz Sudan Səhiyyə Nazirliyinə və tərəfdaşlarına ən həssas insanlara əsas sağlamlıq xidmətinin göstərilməsi üçün dəstək verməyə davam edirik. Sudan xalqının ən çox ehtiyac duyduğu  dərman sülhdür".

Seymur BƏNNAYEV