Əfqan qadınları “Taliban” zülmünə qarşı Albaniyada bir araya GƏLDİ

 20:28 11.09.2024     109

130-dan çox əfqan qadın “Taliban”ın davam edən insan hüquqları pozuntularına qarşı mübarizədə əfqan qadın və qızlarını təmsil edən vahid səs yaratmaq üçün Albaniyada keçirilən “Bütün Əfqan Qadınlar” sammitində toplaşıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Əfqanıstandan zirvədə iştirak etməyə çalışan bəzi qadınlara mane olunduğu, Pakistanda təyyarədən endirildiyi və sərhəddə saxlandığı iddia edilir.

Digər qadınların isə qaçqın həyatı yaşadıqları İran, Kanada, İngiltərə və ABŞ kimi ölkələrdən gəldiyi vurğulanıb.

 Zirvəni təşkil edən “Qadınlar Əfqanıstan naminə” təşkilatının lideri, qadın fəal və keçmiş əfqan millət vəkili Fəuziyyə Koofi “Taliban”ın ünvanına sərt ittihamlar sələndirib. Sammit üç gün davam edəcək və onlar “Taliban”a qarşı tələblər irəli sürəcəklər.

Bildirilir ki, “Taliban” Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra üç il ərzində qadınların əksər ödənişli işlərdə işləmələri, ictimai parklarda gəzmələri qadağan edilib. Onlar ədliyyə sistemindən kənarlaşdırılıb, qızların orta məktəb və ya universitetdə oxumasına qadağa qoyulub. Bildirilir ki, “Taliban” da qadınları zina kimi cinayətlərə görə daşqalaq etməyə başlayıb.

Vasif