Dərsdə "yatdığı" iddiası ilə işdən çıxarıldı - 170 min funt-sterlinq qazandı

 21:01 11.09.2024     130

İngiltərənin ən prestijli məktəblərindən biri olan "Wetherby Boys" Hazırlıq Məktəbində çalışan müəllim Ceyson Smit iş masasında yuxuya getdiyi üçün işdən çıxarılıb. Nahardan sonra yorğun olduğunu iddia edən Smit, rəhbərliyə yuxuya getmədiyini, düşünmək üçün gözlərini yumduğunu deyib. 

Redaktor.az xəbər verir ki, əmək məhkəməsi Smitin haqlı olduğu qənaətinə gəlib və əxminən 170 min funt sterlinq təzminat ödənilməsinə qərar verib.

Seymur BƏNNAYEV