Ukrayna ordusu Belqorodda iki kəndə hücum etdi

 21:27 11.09.2024     140

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətində Volokonovski rayonunun Tişanka kəndində iki yaşayış məntəqəsinə hücum edib, atəş zamanı bir qadın yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.

Qubernatorun sözlərinə görə, tibbi yardım göstərildikdən sonra zərərçəkən Valuyskaya Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriləcək.

Həmçinin, Tişanka kəndində fərdi yaşayış evlərinin birində pəncərələr sınıb, köməkçi tikili isə qəlpələrdən zərər görüb. Şebekino-Belqorod avtomobil yolunun hissəsində pilotsuz təyyarənin partlaması nəticəsində pərakəndə satış obyektinin şüşələri zədələnib.

Turan İSMAYIL