Britaniya Ukraynada dron istehsalına sərmayə qoyacağını AÇIQLADI
Böyük Britaniya Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına sərmayə qoyur.
Redaktor.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Kiyevdə ABŞ dövlət katibi Entoni Blinken və Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sibiqa ilə birgə mətbuat konfransında bildirib.
Londonun Ukraynanın müdafiə sənayesi kompleksinə dəstəyindən danışan Lammi, "Böyük Britaniya artıq Ukraynanın pilotsuz təyyarələrinin istehsalına sərmayə qoyur" deyib.
O, həmçinin Rusiyanın pilotsuz təyyarələrdən və uçan bombalardan istifadəsinin Böyük Britaniya üçün "narahatlıq" olduğunu deyib.
Turan İSMAYIL