Kanada polisi Çörçilin oğurlanmış məşhur şəklini tapdı
Kanada polisi İngiltərənin Baş naziri Uinston Çörçillin (1940-1945, 1951-1955) bir neçə il əvvəl Ottavadakı "Chateau Laurier" otelindən oğurlanmış qara və ağ fotoşəkilini tapa bilib.
Redaktor.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yayıb.
Qeyd olunub ki, foto Genuyada aşkarlanıb. Onun Londonda Sotheby's auksionunda alındığı müəyyən edilib. Hələlik təfərrüatlar yoxdur, lakin oğurluqda şübhəli bilinən şəxsin hələ aprel ayında Kanadada saxlanıldığı bildirilir. Onun adı açıqlanmayıb.
Şəkil kanadalı fotoqraf Yusuf Karşa (1908-2002) tərəfindən 1941-ci ilin dekabrında Çörçill "Chateau Laurier"dən bir daş atma məsafəsində yerləşən Kanada Parlamentində çıxış etdikdən sonra çəkilib. Foto siyasətçinin siqaretsiz ən məşhur obrazı hesab olunur. Çörçill adətən siqarla şəkil çəkdirirdi, lakin o zaman kanadalı fotoqraf onu şəxsən Britaniyanın baş nazirinin əlindən götürdü, o, bu səbəbdən fotoda “pis əhval-ruhiyyədə” göründü. Ola bilsin ki, buna görə foto “Nürədən Aslan” adlandırılıb. Karşın 1972-ci ildən 1992-ci ilə qədər "Chateau Laurier"də fotostudiyası olub və fotoqrafın özü də bu illər ərzində eyni oteldə yaşayıb.
Şəkil 1998-ci ildən Ottava otelinin oxu zalında asılıb. Fotonun 2021-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər oğurlandığı güman edilir.
Turan İSMAYIL